Belçikada polislə etirazçılar arasında toqquşmalar baş verib.
Belçika paytaxtında etirazçılar binaları və əmlakı dağıdıb, zibil torbalarını yandırıb və avtomobilləri aşırıblar. Brüsselin Marolen rayonunda iğtişaşçılar Belçika Sosialist Partiyasının (PS) Brüssel şöbəsinin qərargahına hücum edib, binanın pəncərələrini sındırıblar. Etirazçılar həmçinin bir neçə zibil torbasını yandırıblar.
Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və bir neçə əməliyyat keçirib. İğtişaşların iştirakçıları arasında çoxlu sayda yetkinlik yaşına çatmayan şəxslər olub.
///teleqraf///











































