Belçikanın VRT telekanalının saytında işğaldan azad olunmuş Ağdam haqqında reportaj yayımlanıb - VİDEO

Belçikanın VRT telekanalının saytında işğaldan azad olunmuş Ağdam haqqında reportaj yayımlanıb - VİDEO
SİYASƏT
20:52 23.06.2021
599
Belçikanın "VRT” (Flamand Teleradiosu) telekanalının saytında işğaldan azad olunmuş Ağdam haqqında reportaj yayımlanıb.

AZXEBER.COM xəbər verir ki, aparıcı reportajın əvvəlində ”Qafqazın Xirosiması” adlanan Ağdama səfərindən bəhs edir, işğal dövründə şəhərin tamamilə dağıdıldığı, evlərin talan olunduğu, salamat saxlanan yeganə məscidin isə səmti müəyyən etmək üçün istifadə olunduğu qeyd edilir.

Reportajda 30 ilədək davam edən işğaldan sonra ilk dəfə doğma torpaqlarına geri dönən sakinlərin fikirlərinə də yer verilir. Yerli sakinlər şəhərin işğaldan əvvəlki həyatı haqqında danışaraq, indi bu ərazilərin tanınmaz hala düşdüyünü bildirirlər. Ermənilərin dinc sakinləri didərgin saldığını və qətlə yetirdiyini söyləyən insanlar onlarla yenidən birgə yaşayışın heç də asan olmayacağını da ifadə edirlər. Bununla belə, doğma torpaqlarına geri qayıtmaq arzusunda olan sakinlər Ağdamda aparılan quruculuq işlərindən sonra ata-baba yurdlarında rahat yaşamaq istədiklərini söyləyirlər.

Kadrlarda Ağdamda ərazilərin minalardan təmizlənməsinin və dinc əhalinin geri dönüşünün nə qədər çətin olduğu da görünür. ANAMA-nın əməkdaşı ərazilərin mina və partlayıcı sursatlardan təmizlənməsi prosesi barədə məlumat verir. Bildirir ki, minalanmış ərazilərin xəritələrinin tam verilməməsi təmizləmə işlərini daha da çətinləşdirir.

Reportajda üçtərəfli Bəyanatdan sonra əraziləri tərk edən ermənilərin evləri yandırmasının və təbiətə zərər vurmasının görüntüləri də yer alıb. Sonda qeyd edilib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlayıb və hazırda yolların çəkilişi, yaşayış məskənlərinin bərpası və infrastrukturun qurulması layihələri həyata keçirilir. Bu layihələr sırasında Füzuli beynəlxalq hava limanı diqqəti xüsusilə cəlb edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
08:16 10.10.2026
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
08:12 10.10.2026
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
08:08 10.10.2026
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
08:03 10.10.2026
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb
07:50 10.10.2026
Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
07:38 10.10.2026
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
07:23 10.10.2026
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
07:08 10.10.2026
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
06:50 10.10.2026
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
06:33 10.10.2026
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib
06:16 10.10.2026
Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
06:00 10.10.2026
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
Zelenski: Putinə verilən "hədiyyələr" sülhə gətirib çıxarmayacaq
05:26 10.10.2026
Zelenski: Putinə verilən "hədiyyələr" sülhə gətirib çıxarmayacaq
Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu
05:12 10.10.2026
Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
05:00 10.10.2026
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
04:48 10.10.2026
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq