'Belə xəbərləri işıqlandırarkən lütfən daha diqqətli olun' - MÜRACİƏT
MEDİA
16:59 13.11.2012
1737
“Son zamanlar Azərbaycan cəmiyyətində zorakılıq hallarının sayı xeyli artıb. Heç şübhəsiz ki, zoraklığın sonu cinayət olduğundan, zoraklıqdan yaranan cinayət faktları da durmadan artır”. AZXEBER.COM-un məlumatına görə, bu sözlər son günlər zorakılıq hallarına etiraz olaraq bir sıra tanınmış yazar və jurnalistlərdən tərəfindən qəbul olunan bəyanatda deyilir:“Bu məsələdə ən üzücü məqam, Azərbaycan mediasının tutduğu mövqedir. Çap və elekron media orqanlarımız oxunaqlı olmaq üçün əllərinə keçən bu tipli faktları saf-çürük etmədən, mahiyyətinə varmadan dərhal “bəzəkli” başlıqlar altında yayımlayırlar. Heç birimizə sirr deyil ki, Azərbaycanın ailə modeli milli-mənəvi dəyərlər sistemində formalaşıb. Qadına verilən önəm ailənin əsasını təşkil edir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ailəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ailə cəmiyyət üçün ən böyük dəyərdir. Cəmiyyətin, dövlətin inkişafı, ümumiyyətlə insanların münasibətləri, ünsiyyət qurmaları ailə olmadan qeyri-mümkündür. Ailə kiçik bir dövlətdir. Bütün iqtisadi və maddi münasibətlər, hətta siyasi münasibətlər, ideoloji mübarizələr məhz ailədə ilkin rüşeym halında yaranır. Ailə münasibətləri haqqında danışarkən şəxsiyyət məsələsinə xüsusi toxunmaq lazımdır. Böyük şəxsiyyətlər məhz ailə tərbiyəsi əsasında formalaşmışlar. Bu şəxsiyyətlərin bütün əxlaqi keyfiyyətlərə yiyələnməsi, torpağına, el-obasına və milli mentalitetə bağlı olması, qadın-kişi münasibətlərində etik normaların gözlənilməsi məhz ailədən qaynaqlanır. Amma son zamanlar bir sıra media orqanlarında insest münasibətlər aid yazılar belə kriminal xəbər adı ilə təqdim edilir. Təbii ki, həyatda baş verənlər mediada əks olunmalıdır. Amma, kriminal xəbərlərin sensasiya doğuracaq formada verilməsi doğru deyil. Bəzən təkrar-təkrar xüsusi anonslar verərək, sanki müsbət bir hal kimi təqdim olunur. Bu isə cəmiyyətdə zorakılığın adiləşməsinə və çoxalmasına səbəb olub. Biz aşağıda adları qeyd olunan ictimaiyyət nümayəndələri və ziyalılar, Azərbaycanda fəaliyyət göstərən bütün media orqanlarına müraciət edərək, bildirik ki, belə xəbərləri işıqlandırarkən lütfən daha diqqətli olsunlar. Onsuz da insanlarımızın pisxoloji baxımdan həssas olduğu zamanda yaşayırıq.Oktay Hacımusalı – yazıçı – publisistRazi Abbasbəyli – Gündeminfo.az saytının rəhbəriOral Mədənçi – jurnalistTaryel Faziloğlu – Milli Düşüncə İnstitutu İctimia Birliyinin sədriAnar Xəlilov - Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin sədriElçin Mirzəbəyli – “Xalq cəbhəsi” qəzetinin baş redaktoruRüfət Əhmədzadə - yazıçı – jurnalistAzər Həsrət – “Yeddi millət, bir dövlət” konseyinin başkanıKebuter Haqverdi – jurnalistRövşanə Əliyeva – jurnalistHəsrət Rüstəmov – ADP sədrinin müaviniSultan Mərzili – yazıçı – publisistFariz Xəlilli - 'Miras' Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyinin sədriAydın Xan (Əbilov), YYSQ sədri, kitabxana.net portalının rəhbəri, yazıçı-kulturoloqSeymur Həsənli – Milli Dirçeliş Hərəkatı PartiyasiAqil Camal – “Türküstan” qəzetinin baş redaktoruElman Cəfərli – “Olaylar” qəzetinin redaktoruƏkbər Qoşalı – DGTYB başqanı, şair – publisistNamiq Hacıheydərli – şair – publisist, AYB Muğan bölməsinin rəhbəri Rumiyye Miraslan – jurnalistAygün Həsənoğlu – yazıçı – dramaturqSənan Nəcəfov – qhtxeber.com saytının rəhbəriQurban Yaquboğlu – “Gündəlik Teleqraf” qəzetinin redaktoruElnur Məmmədli - "Qafqazinfo.az" internet qəzetinin redaktoruElnur Kəlbizadə - AYB Naxçıvan filialının gənclər sektorunun müdiri, şair Vəli Əkbər- tele-jurnalistElnur Eltürk – müstəqil jurnalistToğrul İsmayıl - Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, politoloqZaur Qəriboğlu – “Karabakhinfo” saytının şef – redaktoru, şairŞöhrət Eldəniz – Kanalm5.tv – nin rəhbəriGülcahan Məmmədova - "Sağlamlıq və sən" jurnalının redaktoruZaur Əliyev – tarixçi – araşdırmaçı yazar Mehriban Zeynalova - "Təmiz Dünya" İctimai Birliyinin rəhbəriAynur İmranova – Ümid Partiyasının sədr müaviniZaur Əhməd - Müstəqi İnformasiya Agentliyinin redaktoru Razi Nurullayev - "Region" Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədriAyşə Kərimova – telejurnalistNəzirməmməd Quliyev - SAMF-ın ekspertiRəsul Mirhəşimli - Media və Mülki Cəmiyyət İctimai Birliyi sədrinin birinci müaviniGünel Əbilova - "Qafqazinfo.az" internet qəzetinin əməkdaşıNailə İsmayılova - "Yeni Həyat" Humanitar və Sosial Dayaq İB – nin sədriZahir Əzəmət – “ANN.Az” xəbər portalının rəhbəriElməddin Behbud – Demokratik Azərbaycan Naminə İB – nin sədriHəqiqət Binnətova – yazıçı – publisistDəyanət Osmanlı – şair – publisist, Azərbaycanda Atatürk Mərkəzinin redaktoruƏrəstun Baxşəliyev – politoloq, elmi işçiAqil Adjalov – “Sayokan”n vitse prezidenti Mehriban Abdullayeva - “Demokratik Cəmiyyət və Qadın hüquqlarının müdafiəsi” IB – sədriMahirə Əmirhüseynova – XXI əsr qadınları İB – nin sədriƏziz Əlibəyli – müstəqil politoloqŞəbnəm Karslı – yazar