Bələdiyyə seçkilərində "exit-poll" keçirilməsi üçün sənədlərin qəbul müddəti sabah başa çatır

SOSİAL
09:51 08.01.2025
98
Bələdiyyə seçkilərində "exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbulu müddəti sabah başa çatır.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə məlumat "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, "exit-poll" keçirmək niyyətində olan təşkilatlar Mərkəzi Seçki Komissiyasına (MSK) səsvermə gününə ən azı 20 gün qalanadək müraciət etməlidirlər.

Təqvim planında bu müddət 2025-ci il yanvarın 9-da başa çatır.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.

OXŞAR XƏBƏRLƏR