Bələdiyyə sədrinin qatili ilə bağlı yeni faktlar - o, həm də icra başçısının...

Bələdiyyə sədrinin qatili ilə bağlı yeni faktlar - o, həm də icra başçısının...
Bütün Xəbərlər
11:53 09.06.2015
10930
İyunun 7-dən 8-nə keçən gecə Saray bələdiyyəsinin sədri, 39 yaşlı Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovun qətli ilə bağlı ilginc faktlar üzə çıxıb.
Aznews.az xəbər verir ki, bu haqda məlumat hər iki şəxsi qətlə yetirən və könüllü olaraq polisə təslim olan 35 yaşlı Fədail Hüseynovun dünən keçirilən məhkəmə iclasında açıqlanıb.
Məlum olub ki, Fədailin indiyədək açıq qalan 3 cinayət işi olub. O, Vəsilə Əbilhəsənovanın həm sürücüsü olub, həm də onun tapşırıqlarını yerinə yetirib.
Fədailin bir vaxtlar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı Nərgiz xanımın da sürücüsü işlədiyi aşkar edilib.
Ən maraqlı fakt isə onun "dəlilik" kağızı ilə Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Sağlamlıq Mərkəzinin qeydiyyatında olmasıdır.
Alınan məlumata görə, Fədail Hüseynov, ümumiyyətlə, cinayətə meylli olub və dəfələrlə bir neçə vətəndaşa qarşı zor tətbiq edib. Çox böyük ehtimalla "dəlilik" kağızını da o, bu əməllərini ört-basdır etmək üçün alıb.
İdmançı görkəmi və boyu 2 metrə yaxın olan bu şəxsin ictimaiyyət arasında bu cür aktiv olması da bəzi suallar yaradır.
Qeyd edək ki, ki, əslən Qərbi Azərbaycandan olan ər və arvad amansızcasına qətlə yetirilib. Fədail Hüseynov Vəsilə Əbiıhəsənovanın başını kəsib, onun həyat yoldaşı Vəfadar Əbilhəsənovun isə ürəyinə bıçaqla zərbə vurub.
İlkin versiyaya görə, o, izi itirmək üçün mərhumların yaşadıqları evi yandırıb.
Ancaq bu fakt sonradan öz təsdiqini tapmayıb. Belə ki, hadisə vaxtı divanın üstünə siqaret düşüb və tüstülənmə yaranıb. Səs-küyə gələnlər yanğının başlamasının qarşısını alıblar. Bunu ailəyə yaxın olan şəxslər bildiriblər.
Xatırladaq ki, hadisə olan gün Vəsilə Əbilhəsənova 40-cı yaşına qədəm qoyacaqdı. Onun əri Vəfadar Əbilhəsənov xanımını təbrik etmək üçün elə gecə ikən sifariş etdiyi tortu və gül dəstəsini ona təqdim edir. Bir neçə dəqiqə sonra isə onların hər ikisi qətlə yetirilir.
Qonşuların sözlərinə görə, onların yaşadıqları M.Ziyadov küçəsində yerləşən iki mərtəbəli həyət evi müasir təhlükəsizlik sistemi ilə təchiz edilib. Amma evi və ev sahiblərini yaxşı tanıyan F.Hüseynov hasardan üzüm çardağına dırmaşmaqla birinci təhlükəsizlik maneəsini asanlıqla yarıb və çardaqdan ikinci mərtəbədəki eyvana daxil olub. Cinayətə əvvəlcədən hazırlıqlı olan F.Hüseynov burada qəfil hücumla ər-arvada bıçaqla çoxsaylı zərbələr endirib və onların öldüyünə əmin olandan sonra evdən çıxıb.
Səs-küyə gələn uşaqlar və ailənin digər üzvləri qətlin məhz tanıdıqları Fədail tərəfindən törədildiyini görüblər.
Hadisə ilə bağlı ilkin araşdırma və əməliyyat-axtarış tədbirlərinə başlayan hüquq-mühafizə orqanları F.Hüseynovun atası Güloğlan Hüseynovu və qardaşı Nuru Hüseynovu polis idarəsinə dəvət ediblər. Bu müddət ərzində o da məlum olub ki, F.Hüseynov məlum cinayəti törətməzdən az əvvəl və ya az sonra Əbilhəsənovların Saray qəsəbəsində yerləşən digər evinə gedibmiş və burada hansısa sənədləri axtarırmış.
Dünən saat 10:45 radələrində atası ilə telefonda danışan F.Hüseynov özü polis idarəsinə gələrək təslim olub. Onun cinayəti törətdiyi bıçaq hadisə yerinin yaxınlığındakı həyətdən tapılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı