Bələdiyyə sədrinin qətlində yeni təfərrüat - Qatil sənəd axtarıbmış

Bələdiyyə sədrinin qətlində yeni təfərrüat - Qatil sənəd axtarıbmış
Bütün Xəbərlər
10:11 09.06.2015
3521
Abşeron rayon Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı Vəfadar Həsənovun ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.
AZXEBER.COM lent.az-ın mərhumların dəfn mərasimindən hazırladığı reportajı təqdim edir:
“Biz hadisə yerinə çatanda, artıq onların hər ikisi, həm Saray qəsəbəsinin bələdiyyə sədri Vəsilə Həsənova, həm də onun həyat yoldaşı Vəfadar Həsənov artıq dəfn edilmişdi. Qonşular bildirdilər ki, əslən Qərbi Azərbaycandan olan ər və arvadı Saray qəsəbəsində, Vəfadar Həsənovun anasının məzarının yanında yanaşı basdırılıb...
Bu gün Vəsilə Həsənova 40-cı yaşına qədəm qoyacaqdı. Elə bu gecə - iyunun səkkizinin ilk saatları bu ailənin son dəqiqələrini yaxınlaşdırırdı. Maraqlıdır ki, Vəfadar Həsənov xanımını təbrik etmək üçün bir az da tələsib. Elə gecə ikən sifariş etdiyi tortu və gül dəstəsini ona təqdim edibmiş. Bir neçə dəqiqə sonra isə çağırılmamış qonağın gələcəyini kimsə gözləmirmiş. Hadisənin törədildiyi otaqda qalmış gül dəstəsi və kəsilmiş tort da, bu olayın nə qədər qəfil və gözlənilməz olduğuna dəlalət edir.
Bəs 35 yaşlı Fədail Hüseynovu bir ailəni məhv etməyə, illər uzunu tanıdığı şəxsləri gecə ikən öldürməyə nə vadar edib?
Qonşuların bildirdiyinə görə, M.Ziyadov küçəsində yerləşən iki mərtəbəli həyət evi müasir təhlükəsizlik sistemi ilə təchiz edilib. Amma evi və ev sahiblərini yaxşı tanıyan F.Hüseynov hasardan üzüm çardağına dırmaşmaqla birinci təhlükəsizlik maneəsini asanlıqla yarıb və çardaqdan ikinci mərtəbədəki eyvana daxil olub. Cinayətə əvvəlcədən hazırlıqlı olan 35 yaşlı F.Hüseynov burada qəfil hücumla ər və arvadına bıçaqla çoxsaylı zərbələr endirib və onların öldüyünə əmin olandan sonra evdən çıxıb. Səs-küyə gələn uşaqlar və ailənin digər üzvləri qətlin məhz tanıdıqları Fədail tərəfindən törədildiyini görüblər.
Hadisə ilə bağlı ilkin araşdırma və əməliyyat-axtarış tədbirlərinə başlayan hüquq-mühafizə orqanları F.Hüseynovun atası Güloğlan Hüseynovu və qardaşı Nuru Hüseynovu polis idarəsinə dəvət ediblər. Bu müddət ərzində o da məlum olub ki, F.Hüseynov məlum cinayəti törətməzdən az əvvəl və ya az sonra Həsənovların Saray qəsəbəsində yerləşən digər evinə gedibmiş və burada hansısa sənədləri axtarırmış. Evin alt-üst edilməsi də bunu deməyə əsas verir. Bu gün saat 10:45 radələrində isə atası ilə telefonda danışan F.Hüseynov özü polis idarəsinə gələrək təslim olub. Onun cinayəti törətdiyi bıçaq hadisə yerinin yaxınlığındakı həyətdən tapılıb.
Ailəyə yaxın olan şəxslər bildirdilər ki, ər və arvadının qətlindən sonra evin yandırılması xəbəri həqiqətə uyğun deyil. Belə ki, hadisə vaxtı divanın üstünə siqaret düşüb və tüstülənmə yaranıb. Səs-küyə gələnlər yanğının başlamasının qarşısını alıblar.
Hazırda məlum faktla bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir. F.Hüseynovun illərlə tanıdığı şəxsləri hansı səbəbdən qətlə yetirməsi, hadisənin niyə məhz bu gecə törədilməsi, evdə nə axtarması və digər sualların cavabı istintaqın yekununda üzə çıxmalıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib