Fransız futbolçu "Barselona"nın lideri Lionel Messinin dünyanın ən güclü futbolçusu olduğunu bildirib: "Əvvəllər braziliyalı Ronaldonun oynundan həzz alırdım. Hazırda isə Messini dünyanın ən güclüsü sayıram. Onun yaşıl meydanda etdiklərini bacaracaq başqa futbolçu görmürəm. Bu oyunçunu çox bəyənirəm"
Benzema bugünkü oyun haqda da fikirlərini deyib. O, son 2 oyundakı məğlubiyyətin onları ruhdan salmadığını düşünür: "Bu oyuna yaxşı köklənmişik. Nou-Kampda 90 dəqiqəlik oyun bizi gözləyir. Çətin olacağını bilirik, amma özümüzə inanırıq"
Qeyd edək ki, "Real" və "Barselona" bu gün Bakı vaxtı ilə saat 23:45-də Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda üz-üzə gələcəklər. İlk oyunda katalonlar rəqibini 2-0 hesabıyla üstələmişdi.