BAKU AZƏRBAYCAN
13°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

Bərdə gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər - FOTO

Bərdə gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər - FOTO
GƏNCLİK
12:48 30.01.2020
4279
FOTO" />
Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili "Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan "Könüllü qonaq” təşəbbüsü Bərdə gəncləri tərəfindən davam etdirilib.

AZXEBER.COM xəbər verir ki, gənclər rayon ərazisində yaşayan qayğıya ehtiyacı olan növbəti sakinin evinə baş çəkiblər.

Xatırladaq ki, adıçəkilən təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur.
Gənclər məişətlə bağlı ev sahibinə köməklik göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər.

Ev sahibi öz həyat hekayəsini gənclərlə bölüşüb.

Bərdə gəncləri ölkəmizin digər şəhər və kəndlərində yaşayan yaşıdlarını #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.
 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR