Bərdə rayonunda futbol meydançası inşa olundu

Bərdə rayonunda futbol meydançası inşa olundu
Bütün Xəbərlər
20:44 04.12.2015
1403
Torpaq topu, qapısı varsa meydançadır! Bərdə rayon Qarayusifli kəndinin uşaqları üçün kənddə futbol meydançası inşa olunub.AZXEBER.COM xəbər verir ki, meydança “İnkişaf Zamanıdır” proqramının məzunlarının təşəbbüsü ilə “Torpaq topu, qapısı varsa meydançadır!” adlı layihə çərçivəsində inşa olunub. 
Uzunluğu 65 metr, eni 40 metr olan meydançada hündürlüyü 2,20 metr, uzunluğu 5 metr olan qapılar qurulub, meydançanın qazonu təmir olunub. Meydançanın yaxınlığında uşaqların paltarlarını asmaq üçün asılqan düzəldilib. Meydançada oynayan uşaqlar tola da təmin olunublar. 
Meydançanın inşasında yaxından iştirak edən kənd gənclərindən komandalar formalaşdırılıb yarışlar təşkil edilib. Layihə kordinatoru Ülkər Kərimlinin verdiyi məlumata görə layihədə könüllü olaraq iştirak edən kənd uşaqları meydançanın inşasında həvəslə kömək göstəriblər. 
Meydançanın inşasında ümumilikdə 15 nəfərdən artıq uşaq iştirak edib və meydançadan 70-dən artıq uşaq və yeniyetmə istifadə etməkdədir. Meydança gələcəkdə kəndlərarası uşaq və yeniyetmələrin yarışlarında istifadə olunmağa yararlıdır.
OXŞAR XƏBƏRLƏR