Koronavirus xəstələri saxlanıldı

SOSİAL
19:07 29.11.2021
173
Polis əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı  ictimai yerlərdə bu xəstəliyə yoluxmuş şəxslər aşkar olunublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin keçirdiyi tədbirlər nəticəsində Vaqif Vəliyevin testlərinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də, karantin rejiminin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. 

Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Əli Pirməmmədlinin özünütəcrid müddəti bitmədən müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub. Hər iki şəxsin polis əməkdaşları tərəfindən müalicə aldıqları ünvanlara qaytarılması təmin edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR