Qurban Qurbanovdan məğlubiyyətə ilk REAKSİYA

Qurban Qurbanovdan məğlubiyyətə ilk REAKSİYA
İDMAN
23:52 06.08.2026
574
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Ukraynanın " Dinamo" klubuna 1: hesabı ilə məğlub olan  "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında matçı şərh edib.

AZXEBER.COM xəbər verir ki, təcrübəli mütəxəssis ilk olaraq rəqibi qələbə münasibətilə təbrik edib və cavab oyununa hazırlaşacaqlarını bildirib.

"Çox danışacaq bir şey yoxdur. İlk oyundur. Rəqibi qələbə münasibətilə təbrik edirəm. İndi cavab oyununa hazırlaşmalıyıq. Qarşımızda çox yaxşı müdafiə olunan, sürətli əks-hücumlara çıxan kollektiv var idi. Bir qədər sürətli oynamaq lazım idi. Bəlkə də hava şəraiti buna tam imkan vermədi. Futbolçuların üzərinə çox getmək istəmirəm. Bakıya qayıtdıqdan sonra beş-altı gün vaxtımız olacaq. Oyunu tam analiz edib cavab görüşünə hazırlaşacağıq", - deyə Qurbanov bildirib.

Baş məşqçi məğlubiyyətin əsas səbəbinin müdafiədə buraxılan texniki səhv olduğunu vurğulayıb.

"Sadə bir texniki səhv etdik və həmin epizoddan qol buraxdıq. Ümumilikdə müdafiədə pis təsir bağışlamadıq. Sadəcə hücum xəttində daha aqressiv və daha fəal olmalı idik. Bu baxımdan istədiyimiz oyunu göstərə bilmədik", - deyə o qeyd edib.

Qurban Qurbanov Zubirin start heyətində yer almasına da münasibət bildirib.

"Fikrimcə, Zubirə ilk "11-lik"də ehtiyac var idi. Onun üzərindən qurmaq istədiyimiz bəzi hücumlar var idi. Bir-iki epizod alındı, amma ümumilikdə planımız tam istədiyimiz kimi işləmədi. Başqa xüsusi səbəb yoxdur", - deyə baş məşqçi bildirib.
OXŞAR XƏBƏRLƏR