Bərdədə 13 yaşlı yeniyetməni döyərək öldürdülər

Bərdədə 13 yaşlı yeniyetməni döyərək öldürdülər
SOSİAL
23:07 14.01.2017
3641
Bərdə rayonunda qətl hadisəsi baş verib. 

"Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Şorkanal ərazisində baş verib.

Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 2003-cü il təvəllüdlü Həsrət Sabir oğlu Mirzəməmmədov naməlum şəxs tərəfindən döyülürək öldürülüb.

Qeyd edək ki, ailə həmin ərazidə təsərrüfat işləri ilə məşğul olurmuş. Yeniyetmə də orada mal-qara otarırmış.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR