Bərdədə də ağacəkmə aksiyası keçirilib

Bərdədə də ağacəkmə aksiyası keçirilib
SOSİAL
21:27 10.05.2021
394
Bərdə rayonunda müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatı, idarə, müəssisə rəhbərləri və partiya fəalları Ulu öndərin abidəsini ziyarət edib. Sonra  Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış  keçirilib.

Sonra Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Bərdə rayonunda ağacəkmə aksiyası keçirilib. Bərdə  rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin iştirak etdiyi aksiyada əsasən YAP Bərdə rayon təşkilatının fəalları, idarə-müəssisə rəhbərləri, rayonun fəal gəncləri, "ASAN Xidmət” əməkdaşları, könüllülər olmaqla 150 nəfər iştirak ediblər. Bərdə-Yevlax magistral yolunun kənarında yerləşən bu massivdə 700 ədəd müxtəlif növ ağac əkilib.
 
\Qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR