Bərdədə kafedə hemyerlilərini güllələyən şəxs saxlanıldı

Bərdədə kafedə hemyerlilərini güllələyən şəxs saxlanıldı
SOSİAL
18:15 31.10.2022
226
Bərdə rayonunda kafedə həmyerlilərini güllələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı AZXEBER.COM-a bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Rəcəb Məmmədovun yeri müəyyən edilərək saxlanılıb:

"Ondan istifadə etdiyi ov tüfəngi də götürülüb. Faktla bağlı araşdırma aparılır”.
OXŞAR XƏBƏRLƏR