Psixoloq uşaqlara boşanmanı deməyin düzgün yolunu açıqladı

Psixoloq uşaqlara boşanmanı deməyin düzgün yolunu açıqladı
SOSİAL
04:51 11.06.2026
610
Boşanma prosesi təkcə iki insanın münasibətinin bitməsi deyil, eyni zamanda uşaqların psixoloji vəziyyətinə birbaşa təsir edən ciddi mərhələdir. Bu dövrdə valideynlərin davranışı uşağın gələcək emosional inkişafında həlledici rol oynayır. Boşanma prosesində uşaqların psixologiyasını minimum zərərlə qorumaq üçün valideynlər hansı qaydalara əməl etməlidir?

Mövzu ilə bağlı psixoloq Fidan Canbabazadə Demokrat.az-a  bildirib ki, hazırda həm dünyada, həm də Azərbaycanda statistikalara görə boşanmaların sayı artıb:

"Amma burada ən vacib məqam ondan ibarətdir ki, bəzən valideynlər əsas travmanın boşanmanın özü olduğunu düşünürlər. Halbuki bu, hər zaman belə deyil. Əslində, davamlı mübahisələrin yaşandığı ailədə böyüməkdənsə, sağlam şəkildə ayrılmış ailədə böyümək uşaqlar üçün daha faydalı ola bilər.

Burada ən vacib məsələlərdən biri boşanmanın uşağa necə izah edilməsidir. Yaxşı olar ki, valideynlər bu barədə uşağa birlikdə məlumat versinlər və əvvəlcədən mütəxəssis rəyi alsınlar. Uşağın psixoloji və fizioloji yaşı, emosional vəziyyəti, tək uşaq olub-olmaması, bacı və ya qardaşlarının olması kimi amillər nəzərə alınmalıdır.

Digər vacib məqam boşanmadan sonrakı dövrdür. Hər bir insanın həyatında müxtəlif rol modelləri var. Məsələn, valideyn, həyat yoldaşı, dost və sair. Bəzən bu rolları bir-birinə qarışdırırıq. Məsələn, bir insan yaxşı həyat yoldaşı olmaya bilər, amma yaxşı ata və ya ana ola bilər. Valideynlər bəzən keçmiş həyat yoldaşına qarşı hiss etdikləri aqressiyanı uşaqlara da ötürür və bununla onların digər valideyni sevmək hüququna zərər verirlər".

Psixoloq deyib ki, ona görə də boşanma mümkün qədər sağlam şəkildə həyata keçirilməlidir:

"Tərəflər uşaqların mənafeyi naminə müəyyən mərhələlərdə ünsiyyətdə olmalı və bu görüşlər qarşılıqlı ittiham və müdaxilə üçün deyil, yalnız uşaqların rifahı üçün təşkil edilməlidir. Boşanma insanların öz seçimidir və adətən münasibətlər davam etmədikdə bu qərar verilir. Digər tərəfdən, bəzi ailələr ciddi problemlərə baxmayaraq boşanmırlar. Bunun səbəbi çox vaxt uşaqlara görə münasibəti davam etdirməyin daha doğru olduğunu düşünmələridir. Lakin bu qərar hər zaman uşaqlar üçün faydalı olmaya bilər.

Buna görə də ilk növbədə vəziyyət düzgün qiymətləndirilməli, boşanmanın səbəbləri və bunun uşaqlara necə izah ediləcəyi psixoloqla birlikdə müzakirə olunmalıdır. Ən vacib məqamlardan biri də uşaqlara onların həyatında hər şeyin dəyişməyəcəyini anlatmaqdır. Ana və ata ayrıla bilər, amma valideyn olaraq qalmağa davam edirlər.

Uşaqlar boşanma zamanı ən çox o halda travma yaşayırlar ki, ailələrinin tamamilə dağıldığını və həyatlarının əvvəlki kimi olmayacağını düşünürlər. Valideynlər isə onlara izah etməlidirlər ki, boşanma onların günahı deyil və bu, valideynlərin onlara münasibətini dəyişdirməyəcək. Ana yenə ana, ata yenə ata olaraq qalacaq. Bu dövrdə valideynlər şəxsi mübahisələri və qarşıdurmaları kənara qoymalı, əsas diqqəti uşaqların psixoloji vəziyyətinə yönəltməlidirlər",- deyə o qeyd edib.

Beləliklə, boşanarkən uşaqların psixologiyasını qorumaq üçün ana və ata öz aralarındakı davanı kənara qoymalıdır. Uşağa bu qərarı birlikdə, onun günahı olmadığını vurğulayaraq izah etmək və ayrılıqdan sonra da hər ikisinin onun yanında olacağını hiss etdirmək lazımdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
10:04 31.07.2026
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
09:59 31.07.2026
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
09:55 31.07.2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib