Bərdədə maşın kanala düşüb, sürücü ölüb.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 22-də saat 18:00 radələrində Bərdə rayonu Mirzalıbəyli kəndinin ərazisində Ağdam rayon sakini Çingiz Süleymanov idarə etdiyi "VAZ-21112" markalı avtomobili kanala aşırıb.Sürücü hadisə yerində ölüb, sərnişini - Laçın rayon sakini Abbas İbrahimov xəstəxanaya yerləşdirilib.Noyabrın 22-də saat 16.00 radələrində isə rayonun Qaradəmirçi kəndinin ərazisində rayon sakini Arzuman İsmayılov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı ağaca vurub.Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.