Havanın küləkli olması alovun söndürülməsində çətinliklər yaradıb.
Bərdədə pambıqtəmizləmə zavodunda yanğın baş verib .
Küləkli havada başlayan yanğın qısa zamanda genişlənərək ətrafı bürüyüb.Get gede geniş miqyas alan alovun söndürülməsi ücün əraziyə FHN yanğından mühafizə xidmətinin birqadası cəlb edilib.
Hava şəraitinə görə alovu ram etmək cətin olub. Bunun ücün əraziyə 5 yanğın söndürən avtomobil cəlb edilib. Pambıq zavodu mühafizə xidmətinin əməkdaşları cəkiliş qrupunun əraziyə girməsinə icazə verməyib. Aldığımız məlumata görə, ümumi sahəsi 1 ha olan pambıqtəmizləmə zavodunun ərazisində yanğın baş verib. Nəticədə ümumi çəkisi 40 ton olan pambıq tayasının 7 tonu yanıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində pambıq tayasının qalan hissəsi və bitişik tayalar yanğından mühafizə olunub.