Bərdədə polis qaçaqmalçılıqla ölkəyə gətirilən 10 kiloqram narkotik aşkarlayıb

Bərdədə polis qaçaqmalçılıqla ölkəyə gətirilən 10 kiloqram narkotik aşkarlayıb
HADİSƏ
09:01 02.09.2025
263
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib.

Bu barədə AZXEBER.COM DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir.

Tədbir zamanı əvvəllər məhkum olunmuşlar - İlkin İsmayılov, Elgin Rzayev və Elvin Quliyev şübhəli bilinərək saxlanılıblar. Onlardan 5 kiloqramdan artıq marixuana və 4 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər öncədən əlbir olaraq İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotikləri gətirərək satışını təşkil etməyi planlaşdırıblar. 

Faktla bağlı cinayət işi başlanılıb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR