Berluskoni İtaliya parlamentindəki dəstəyini itirdi

Berluskoni İtaliya parlamentindəki dəstəyini itirdi
Bütün Xəbərlər
10:47 09.11.2011
1349
İtaliyanın baş naziri Silvio Berluskoninin koalisiyası İtaliya parlamentinin aşağı palatasında mütləq əksəriyyətin dəstəyini itirib. “Frans Press” agentliyinin məlumatına görə, bunu 2010-cu il il büdcəsinin icrasına dair hesabatla bağlı bu gün keçirilən səsvermənin nəticəsi sübut edir. Hesabat 308 deputat tərəfindən bəyənilib. Halbuki, Palatada mütləq çoxluq 316 səs deməkdir. “Associated Press” agentliyinin məlumatına görə, hesabatın əleyhinə səs verən olmasa da, 321 deputat bitərəf qalıb. Səsvermə ərəfəsində “The Guardian” qəzeti yazmışdı ki, müxalifətçi deputatlar səsvermə zamanı tam heyətlə bitərəf qalmaq niyyətində idilər. Səsvermənin nəticələri elan edildikdən sonra müxalifət Demokrat Partiyasının lideri Pyerluidji Bersani Silvio Berluskonini istefa ərizəsi yazmağa çağırıb. O da bəyan edib ki, hökumət parlamentin aşağı palatasında mütləq çoxluğun dəstəyindən məhrum olub. Səsvermənin nəticələri göstərir ki, Silvio Berluskoni bir aydan da az müddət ərzində parlamentdəki tərəfdarlarının bir hissəsini itirib. Məsələn, oktyabrın 14-də aşağıpalatada baş nazirə etimad məsələsi səsverməyə çıxarılarkən, Berluskoninin lehinə 316, əleyhinə isə 301 deputat səs vermişdi. Bundan başqa, o vaxtdan sonra Silvio Beprluskoninin bəzi nüfuzlu tərəfdarları ona dəstək verməkdən nümayişkəranə şəkildə imtina ediblər. Məsələn, daxili işlər naziri Roberto Maroni və teleulduz Qabriella Karluççi kimi. Sonuncu baş nazirin lideri olduğu partiyadan çıxaraq, rəqib düşərgəyə - xristian demokratların sırasına qoşulub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib