Berti Foqts: Araz Abdullayev milliyə çağırılmayacaq
İDMAN
18:05 15.02.2012
1642
Azərbaycan millisinin Dubay toplanışına aparılacaq heyətində dəyişikliklər olacaq. Bu haqda məlumatı apasport.az saytına yığmanın baş məşqçisi Berti Foqts verib. Premyer Liqanın XX turunun “Sumqayıt” – “Neftçi” qarşılaşmasını izləyən almaniyalı mütəxəssis fevralın sonundakı toplanışa çağırılanlar arasında gənclərin olacağını bildirib: “Heyətdə bəzi yeni adlar olacaq. Bunlar əsasən gənc futbolçulardır. Onlar arasında Araz Abdullayev olmayacaq. Onun Yunanıstanın “Panionios” klubunda heyətə düşmək, orada möhkəmlənmək üçün mübarizə apardığını nəzərə alıb, yoxlama oyunun çağırmırıq. Bu yolla ona imkan yaradırıq ki, klubunda möhkəmlənə bilsin”.