Berti Foqts: "Gələcəkdə bunu aradan qaldırmağa çalışacağıq"
İDMAN
00:15 12.10.2011
1639
Öncə Türkiyə yığmasını pley-offa çıxması münasibətilə təbrik edirəm. Rəqib təzyiq altında olsa da, öz işini gördü”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib. Milli komandamız AVRO-2012-nin seçmə qrup mərhələsi çərçivəsində İstanbulda sonuncu matçına çıxdı. “Türk Telekom Arena”da baş tutan qarşılaşmada buraxılan 1 qolla uduzan komandamızın almaniyalı çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, yığmamız belə rəqibə qarşı yaxşı oynayıb: “Belə azarkeş dəstəyi altında komandamız yaxşı oynadı. Kompakt oynayırdıq. Komandamdan razıyam, Ondan narazı qaldım ki, əks hücumlara atılıb qol vura bilmədik”. Foqts daha sonra bildirib ki, Əfran İsmayılov ilk yarıda özünü göstərə bilmədi: “Ona görə də, onu Elşənlə əvəzlədim. Təəssüf ki, o da özünü göstərə bilmədi. Mən bu seçmə mərhələdən razı qalmadım. Çoxlu səhvlərə yol verdik. Arzu edirəm ki, bizim dostlarımız Türkiyə yığmasını final mərhələsində görərik.