Berti Foqts qalsın yoxsa getsin?

Berti Foqts qalsın yoxsa getsin?
İDMAN
11:05 17.10.2011
1893
Milli komandamız AVRO-2012-nin seçmə qrup mərhələsində çıxışını başa vurdu. Tarixində ilk dəfə seçmə mərhələni rekord göstərici - 7 xalla başa vurmasına baxmayaraq, baş məşqçi Berti Foqtsun başının üstünü qara buludlar alıb.
Futbol ictimaiyyətinin əksər nümayəndələri almaniyalının postunda qalmasını istəsə də, qocaman çalışdırıcının əleyhinə çıxanlar az deyil. Bəziləri yığmamızın tsikli 7 xalla başa vurmasını böyük uğur, bəziləri isə bunu yaradılan yüksək şəraitin qarşılığında maddi nöqtə sayır. 
Bəs Foqtsun yığmamızdakı taleyi necə olacaq? İndi onun qalmasını istəyənləri də, istəməyənləri də ən çox bu sual düşündürür. Hətta bu məsələdə tərəflər az qala üz-üzə gəlir: kimisi almaniyalıya qəhrəman, kimisi də düşmən gözü ilə baxır.
Əslində, bu məsələdə tərəfləri haqlı saymamaq da olmur. Hərənin öz fikri, öz tutarlı arqumenti var və təbii ki, hər kəs öz mövqeyini daha düzgün sayır. 
Sözsüz ki, almaniyalının komandamızdakı taleyinə ilin sonunadək keçirilməsi planlaşdırılan AFFA-nın İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcək. Çox güman, həmin toplantı millimizin noyabrda Tirana şəhərində Albaniya ilə keçirəcəyi yoldaşlıq görüşündən sonra baş tutacaq. 
Bununla belə, həmin qarşılaşma yığmamızın Foqtsun rəhbərliyi altında sonuncu oyunu ola bilər. Bildiyimiz qədəri ilə nəticəsindən asılı olmayaraq həmin görüşlə almaniyalı çalışdırıcının komandamızdakı fəaliyyətinə son qoyulacaq.
Hər halda, AFFA-da da Foqtsun işindən narazı qalan var. Belə olmasaydı, assosiasiyanın I vitse-prezidenti Rauf Əliyev “yığmada yerli məşqçinin çalışmasının vaxtı çatıb” deməzdi.
Diqqətli oxucunun yadında olar, bir ay öncə AFFA prezidenti Rövnəq Abdullayev mətbuata açıqlamasında bildirmişdi ki, Foqtsun millimizdəki taleyi Avstriya və Türkiyə ilə oyunlardan asılıdır. Həmin oyunların nəticəsini isə hamı bilir.
Foqtsun postundan getməsini sürətləndirən digər amillər də var. Onun əsasən də yerli mətbuata biganə münasibəti, Premyer Liqa oyunlarını nadir hallarda izləməsi bəzi İK üzvlərinin ürəyincə deyil.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO