Berti Foqtsun köməkçisi: ""Daldan çoxlu problemlərimiz var"

İDMAN
22:33 06.09.2011
2482

Berti Foqts Azərbaycan mətbuatına qarşı hörmətsizliyini davam etdirir. Belçika ilə oyundan öncə və sonra, həmçinin Qazaxıstanla oyundan öncə keçirilən mətbuat konfransına qatılmayan alman məşqçi bu gün növbəti dəfə hörmətsizlik edərək, konfransa qatılmayıb.

Foqtsu Belçika ilə oyundan sonra mətbuat konfransına gələn köməkçisi Vəli Qasımov əvəzləyib. Həmin Vəli Qasımov ki 70 ildi Azərbaycanda yaşamasına, azərbaycanlı olmasına rəğmən hələ də dövlətin dilini bilmir. Elə bunun nəticəsidi ki, Qasımov bu günkü mətbuat konfransında özünü rusvay etdi. Azərbaycan dilində danışmağı bacarmayan "azərbaycanlı" "Daldan çoxlu problemlərimiz var, ona görə də daldan çoxlu buraxdıq" kimi gülünc açıqlamalarla özünü rusvay etdi./// fanat.az

OXŞAR XƏBƏRLƏR