Beş rayonda əlil və şəhid ailələrinə ev veriləcək

Beş rayonda əlil və şəhid ailələrinə ev veriləcək
Bütün Xəbərlər
11:22 22.08.2014
732

Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikamızın müxtəlif bölgələrində 118 əlil və şəhid ailəsi mənzillə təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindənverilən məlumata görə, hazırda ƏƏSMN-nin sifarişi ilə Goranboy, Tərtər, Beyləqan və İmişli rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda isə 4 mərtəbəli 36 mənzilli yaşayış evlərinin tikintisi işləri aparılır. İlin sonunadək həmin çoxmənzilli yaşayış evlərinin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.

Mənzillər nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) ictimaiyyətə açıqlanan növbəlilik siyahısı əsasında əlil və şəhid ailələrinin istifadəsinə veriləcək.

OXŞAR XƏBƏRLƏR