Beş rayonumuz atəş altında

Beş rayonumuz atəş altında
Bütün Xəbərlər
11:17 06.11.2014
643

Nazirlik məlumat yaydı.

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub.AZXEBER.COM Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Qaqraqaşlı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

OXŞAR XƏBƏRLƏR