Bəşər Əsədə 20 gün vaxt verildi

Bəşər Əsədə 20 gün vaxt verildi
Bütün Xəbərlər
12:48 24.05.2013
1015
Suriya Milli Koalisiyasının rəhbəri düşünür ki, Bəşər Əsədə və onun ailəsinə ölkəni sakitcə tərk etməyə imkan verilməlidir. Amma təbii ki, əvvəlcə o hakimiyyəti baş nazirə və ya vitse-prezidentə dövr etməlidir. Bu qərarı düşünmək üçün Xatib Bəşərə 20 gün vaxt verib.
Xatırladaq ki, bundan əvvəl Suriya prezidenti elan etmişdi ki, vəzifəsini könüllü şəkildə tərk etməyəcək.
Suriyada hakimiyyət və müxalifət arasındakı münaqişə 2011-ci ilin martından başlayıb. BMT-nin məlumatına görə, o vaxtdan bəri münaqişə nəticəsində 70 min adam öldürülüb.
OXŞAR XƏBƏRLƏR