Bətnində 13 uşaq olan qadın - FOTO

Bətnində 13 uşaq olan qadın -  FOTO
Bütün Xəbərlər
18:20 01.10.2013
2733

İraqın Səlahəddin vilayətində yaşayan hamilə qadın müayinə zamanı əri ilə yanaşı, həkimləri də şoka salıb.

Milli.Az Emirates 24/7-yə istinadən bildirir ki, 42 yaşlı qadın bu yaxınlarda 13 uşağı dünyaya gətirəcək.

Həkimlər ultrasəs müayinəsi zamanı onun bətnində məhz 13 embrion sayıblar.

"Arvadım son 5 ildə hamilə qala bilmirdi. Buna görə də ikinci arvad almalı oldum. 13 uşağımın doğulacağı məni sevindirir", - 7 övlad atası olan Fədhil əl Əzavi deyib. Həkimlər 7 övlad anasının bətnindəki 13 uşağın dünyaya sağ-salamat gələcəklərinə şübhə edirlər. "Yeni testlər göstərir ki, embrionların 4-ü artıq ölüb. Digər embrionlar sağlamdır. Qadının da vəziyyəti pis deyil. Lakin hamiləliyin son mərhələsində daha bir neçə embrionunun öləcəyini düşünürük", - Tikrit şəhər hospitalının baş ginekoloqu Mikdəm əl Cəburi deyib.

OXŞAR XƏBƏRLƏR