Bakı Apellyasiya Məhkəməsi gənc fəal Bəxtiyar Hacıyevin vaxtından əvvəl azadlığa buraxılmasından imtina qərarından şikayətinə baxacaq. Hakim Mirzəli Abbasovun sədrliyi keçiriləcək hazırlıq iclası mayın 7-si saat 11:00-a təyin edilib. Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də həbs edilib. Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib və may ayında 2 il müddətinə azadlıqdan məhrum olunub.