Bəxtiyar Hacıyev Azərbaycan hakimiyyətindən nə istəyib? - İDDİA

Bəxtiyar Hacıyev Azərbaycan hakimiyyətindən nə istəyib? - İDDİA
Bütün Xəbərlər
22:00 29.07.2012
1639
 Yenicə həbsdən çıxmış Harvard məzunu Bəxtiyar Hacıyev ölkədəki gənclər sektorunun məsul şəxsilə nədən danışıb?

Ötən il Parlament seçkilərində yeni seçki texnologiyaları tətbid etməyə çalışan, lakin seçkidə kifayət qədər səs toplaya bilməyən Harvard məzunu Bəxtiyar Hacıyev barədə maraqlı məlumatlar əldə etmişik. Presspost.az İnformasiya Portalının hökumətdəki özəl mənbələrdən əldə etdiyi məlumatlara görə, ölkə başçısına əfv ərizəsi yazaraq, həbsdən çıxdıqdan sonra Bəxtiyar Hacıyev bir müddət hüquq-müdafiəçisi qismində çıxış etməyə cəhd etsə də, nə müxalifət düşərgəsində, nə də hakimiyyətə yaxın ətrafda ciddi qəbul olunmadı. Hətta ABŞ Dövlət Departamentinin rəhbəri xanım Hilları Klintonla görüşü də Bəxtiyar Hacıyevin ölkə daxilindəki nüfuzuna o qədər də divident gətirmədi. Əksinə, məhz bu görüş Bəxtiyar Hacıyevin gəlcəək karyerasında maraqlı bir çığır açmış oldu.

Belə ki, Hillari Klintonla görüşdən sonra ABŞ-ın nüfuzlu insan haqları təşkilatı (adı bizə məlum olsa da, hələlik dəqiqləşdirmədən açıqlamırıq) Bəxtiyar Hacıyevə əməkdaşlıq təklifi edib. Dəfələrlə insan haqlarının vəziyyəti barədə tərtib etdiyi siyahılarda Azərbaycanın adını aşağı sıralarda göstərən bu beynəlxalq insan haqları təşkilatı Azərbaycanda nümayəndəliyinin açılması və bu quruma rəhbərlik etməyi Bəxtiyar Hacıyevə təklif etmişdir. Bütün maliyyə imkanları ilə təmin ediləcəyi barədə zəmanət verən beynəlxalq qurumun bu təklifini alan Bəxtiyar Hacıyev ikibaşlı oyun oynamağa qərar verir və Azərbaycanda gənclər sektorunu yönəldən bir şəxslə görüşməyə cəhd edir. Bəxtiyar Hacıyevi ciddi fiqur kimi qəbul etmədiyini bildirən həmin məmur nəhayət ki, Bəxtiyarla görüşür və onu dinləyir. Görüş zamanı Bəxtiyar Hacıyev özünə bucür təklif olunduğunu və Azərbaycanda həmin təşkilatın təmsilçiliyini yaratdıqdan sonra 2013-cü il Prezident seçkiləri zamanı hazırkı ölkə başçısı İlham Əliyevin qalib gəlməsi barədə beynəlxalq təşkilatın mərkəzi ofisinə hesabatlar verəcəyini bildirmişdir. Bunun müqabilində isə 2013-cü il Prezident seçkilərindən sonra ölkədaxili gənclər sektorunda kiçik bir vəzifə istəyən Bəxtiyar Hacıyev haradasa istədiyinə nail olmuşdur. Belə ki, həmin məmur indidən bir dəqiq söz verə bilməyəcəyini, hər şeyin seçkilərdən sonra məlum olacağını bildirmiş və ümumilikdə bu planı bəyəndiyini söyləmişdir.

Odur ki, 2013-cü ilin əvvəllərindən etibarən Bəxtiyar Hacıyev ABŞ-ın nüfuzlu hüquq-müdafiə təşkilatının Azərbaycandakı nümayəndəliyini açacaq, bu işdə ABŞ-ın Azərbaycandakı səfirıliyi də ona yaxından yardımçı olacaq. Növbəti proseslərin isə hakimiyyətlə razılaşdırıldığı kimi baş verəcəyi gözlənilir. 

/// presspost.az

OXŞAR XƏBƏRLƏR