Bəxtiyar Hacıyev: "Həbsxanada sanki ikinci Harvard təhsili alıram"

Bəxtiyar Hacıyev: "Həbsxanada sanki ikinci Harvard təhsili alıram"
Bütün Xəbərlər
11:25 13.10.2011
1822
Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyev son zamanlar ətrafında və ailəsində baş verən proseslərlə bağlı ictimaiyyətə müraciət edib.
“Media forum” saytının məlumatına görə, müraciətdə deyilir: “Son vaxtlar Azərbaycan hakimiyyəti müxtəlif kanallarla həm cəmiyyətdə, həm də mənim ətrafımda həbsdə saxlanmağımla bağlı qorxunc tablo yaratmağa, cəmiyyəti həbsxanaya düşməkdən qorxutmağa, məni isə çevrəmin təsiri ilə əfv diləməyə çalışır. Əslində, vəziyyət tam başqadır. Həbsdə olmağım mənə çətinlikdən çox yeni fürsətlər təqdim edib. Harvardda olduğum zaman maliyyə çətinliyinə və vaxt qıtlığına görə oxumadığım dərsləri, yeni fənləri həbsxanada oxuyuram. Hazırkı Harvard tələbələri öz dərs qeydlərini, son elmi məqalələri göndərir, Bakıdakı gənclər onları çap edib mənə göndərir, mən isə paralel dərs qrafiki ilə həftəlik dərsləri izləyirəm. Bu da bir növ uzaqdan təhsil (distance learning) vasitəsilə mənə yeni imkanlar təqdim edir, sanki ikinci Harvard təhsili alıram.
Bundan əlavə, vaxt keçdikcə mənə dəstək verənlərin sayı artır. Son vaxtlar bir qrup Azərbaycan ziyalısının dəstəyi də məni ruhlandırdı. Bu addımlarına görə mən onlara da çox təşəkkür edirəm. Həm onların, həm də dünyanın beyin mərkəzi sayılan Harvardın nüfuzlu professorlarının mənə dəstəkləri əslində kimin haqlı, kimin haqsız, kimin udan, kimin uduzan tərəf olduğunu bir daha açıq göstərir. Saxlandığım cəzaçəkmə müəssisəsində həm rəhbərliyin, həm də məhkumların mənə münasibəti  çox yaxşıdır.
Rəsmilər mənə müxtəlif yollarla təsir və təzyiq etməyə çalışmaqdansa özlərinin tutduqları yolun zamanla onlara vurduğu ziyan haqqında düşünsələr, daha düzgün olar”.
Bəxtiyar Hacıyev müraciəti oktyabrın 10-da yazıb.
Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinərək 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum edilən ABŞ-ın Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev hazırda Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
Ağstafada 8 nəfər dönərdən zəhərlənib
21:32 13.03.2025
Ağstafada 8 nəfər dönərdən zəhərlənib
Monika Belluççinin keçmiş əri sevgilisi ilə  - FOTOLAR
21:21 13.03.2025
Monika Belluççinin keçmiş əri sevgilisi ilə - FOTOLAR