Bəxtiyar Hacıyev: 'Mən enerjimi və vaxtımı İctimai Palatanın işlədiyi hazır elektorata yönəltməklə cəmiyyətə daha faydalı ola biləcəyimi düşünmürəm'

Bəxtiyar Hacıyev:
GƏNCLİK
18:59 23.08.2012
1765
 Gənc fəal, sabiq vicdan məhbusu Bəxtiyar Hacıyev avqustun 23-də “Media forum” saytının suallarını cavablandırıb.Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də həbs edilib, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlıqdan məhrum olunub. 2012-ci il iyunun 4-də Ali Məhkəmə gənc fəalın vaxtından əvvəl azadlığa buraxılması haqqında qərar qəbul edib.- Azadlığa çıxandan bəri nə ilə məşğul olursunuz?- Bu müddətdə “Müsbət Dəyişiklik” Gənclər Hərəkatında əvvəlki fəaliyyətimə davam etmişəm. Müxtəlif gənclər təşkilatlarının təmsilçiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri ilə görüşlərimiz, Azərbaycan gənclərinin xaricdə təhsil alması üçün yeni proqramlarla bağlı, bir neçə beynəlxalq təşkilatın Azərbaycana gəlməsi yönündə müzakirələrimiz olub...- Həbsdən çıxandan sonra ictimai fəallığınız o qədər də gözə dəymir. Bunun səbəbi nədir?- Həbsdən çıxandan sonra müstəqil beyin mərkəzinin yaradılması layihəsi üzərində işləyirəm. Bu layihənin reallaşması həddindən artıq çox maliyyə və insan resursu tələb edir. Həmin resursları tapmaq isə vaxt aparır. Mən maliyyə resurslarının tapılması üçün xarici donorlarla danışıqlarla yanaşı, layihənin mərkəzində olacaq, xaricdə təhsil almış tələbələrlə görüşləri də davam etdirirəm. Bu görüşlər istər təkbətək, istər kiçik, istərsə də geniş qruplarla olur. Bəzən hazırda xaricdə təhsil alan və yaşayan gənclərimizlə günlərlə yazışır, onların layihədə iştirakı barədə danışırıq. Çox güman ki, gözə dəyməməyimin əsas səbəbi vaxtımın böyük bir hissəsinin buna sərf olunmasıdır. Əminəm ki, layihənin icrasına başladıqdan sonra fəaliyyətim tez-tez gözə dəyəcək.- Həbsinizin bir səbəbi də 2010-cu ilin parlament seçkisində etdiyiniz fəallıq idi. Bir daha Azərbaycanda seçkiyə qatılacaqsınızmı?- Mənim seçkidə iştirakımın səbəblərindən biri Azərbaycanda normal seçki mühitinin formalaşmasına töhvə vermək, ABŞ-da keçirilən seçkilərdə istifadə olunan texnologiyaları Azərbaycanda tətbiq etmək idi. Bir çox təzyiqə, qarşılaşdığımız məhdudiyyətlərə baxmayaraq heç kimin tanımadığı bir gəncin cəmi 23 günlük kampaniya nəticəsində tanınmış ictimai-siyasi xadimlərdən ibarət 14 namizəd arasında 3-cü yerə çıxması bizim seçki kampaniyamızın uğuru idi. Məhz bu uğurun genişlənməsinin qarşısını almaq üçün seçkilərdən dərhal sonra mənə ölkədən çıxmaq qadağası qoyuldu, cinayət işi açıldı və həbs edildim. Azərbaycanda hələ görmək istədiyim seçki mühiti formalaşmayıb, bu mühitin formalaşdırılması üçün yenidən seçkilərdə iştirakım istisna deyil.- Siz rəsmən hərbi xidmətdən yayınmada ittiham olunaraq həbs edilmişdiniz. Həbsdən çıxandan sonra sizi hərbi xidmətə çağırıblarmı?- Hərbi xidmət mənim həbsim üçün hüquqi bir bəhanə idi. Hakimiyyət bir addımla məni həm həbs etmək, həm də qeyri-vətənpərvər bir insan kimi göstərib cəmiyyətin gözündən salmaq istəyirdi. Amma bunun əksi baş verdi, bu gün çox sayda gənc məni sırf bu həbsdən sonra tanımağa və dəstəkləməyə başlayıb. Hazırda üzərimdə məhkumluq olduğuna görə hərbi xidmətə çağırılmıram. Eyni zamanda həbsimlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətimiz gedib və onun nəticəsi gözlənir.- Müşahidələriniz necədir, sizin həbsinizdən əvvəlki Azərbaycanla həbsdən çıxanda gördüyünüz Azərbaycan arasında fərq varmı?- Dövlət büdcəsi daha sürətlə mənimsənməkdədir. Neftdən gələn gəlirlər hesabına qeyri-neft sektoruna kifayət qədər investisiya qoyulmayıb. Bu isə məni çox narahat edir, çünki neft gəlirləri azaldıqca ölkə iqtisadiyyatında çox ciddi böhranlar baş verəcək. Müşahidə etdiyim müsbət tendensiya isə gəncliyin daha da fəallaşması, yeni-yeni simaların üzə çıxmasıdır.- Həbsdə olanda məqalə yazıb müxalifətə, xüsusən də İctimai Palataya bir sıra təkliflər vermişdiniz. İndi bu haqda nə düşünürsünüz? Müxalifət bu mərhələdə daha çox hansı məsələləri ön planda tutmalıdır?- Həbsdə olduğum müddətdə İctimai Palataya verdiyim təklifləri bu gün də aktual hesab edirəm. Onlardan birincisi daha çox taktikanın və ritorikanın dəyişməsi ilə bağlı idi. Bu gün də eyni fikirdə qalıram.İkinci əsas təklif 2013-cü il prezident seçkisinə hazırlıq və cəmiyyəti aktivləşdirmək üçün müxalifət daxilində ilkin seçkilərin keçirilməsi təklifi idi. Təklif etmişdim ki, 2013-cü ildə müxalifət seçicilərə iki sadə seçim təklif etməlidir: iqtidardan razıların namizədi və iqtidardan narazıların namizədi. Bunun müəyyənləşdirilməsi üçün isə 2012-ci ildən başlayaraq dairə-dairə ilkin seçkilər keçirilə bilər.Təəssüf ki, bu təklifi müzakirə edib, riskləri müəyyənləşdirib, onlara uyğun qabaqlayıcı tədbirlər görmək əvəzinə “bura Azərbaycandır, bizim reallıqlarda ilkin seçkilər keçirmək mümkün deyil” və ya “hakimiyyət ilkin seçkilərə müdaxilə edib istədiyi adamı müxalifətin vahid namizədi seçdirə biləcək” kimi arqumentlərlə təklifi arxa plana atdılar.- İctimai Palata sizi fəal formada müdafiə edirdi. Bu qurumun işində niyə iştirak etmirsiniz?- Həbsdən çıxan kimi bir çox şəxslə, o cümlədən İctimai Palatanın rəhbərliyi ilə görüşüb həbsdə olduğum müddətdə mənə verdikləri dəstəyə görə onlara təşəkkür etdim. İctimai Palatadakı insanlar və onların hədəflədiyi elektorat mənim işləmək istədiyim elektoratdan xeyli fərqlənir. Mən enerjimi və vaxtımı İctimai Palatanın işlədiyi hazır elektorata yönəltməklə cəmiyyətə daha faydalı ola biləcəyimi düşünmürəm, ona görə də indiyə qədər çoxlarının işləmədiyi bir elektoratla işləməyə davam edirəm. Düşünürəm ki, İctimai Palata öz yolunda, REAL hərəkatı öz yolunda, digərləri öz yollarında davam etsələr, daha yaxşı olar. Zamanı gələndə səyləri birləşdirmək mümkündür.- Xaricə getmək planınız varmı? Buna cəhd etmisinizmi?- Hazırda şərti azadlıqda olduğuma görə ölkədən çıxmağım yasaqdır. Həbsdən çıxdıqdan sonra bir neçə beynəlxalq tədbirə dəvət olunmuşam, amma hələlik ölkədən çıxa bilmədiyimə görə həmin tədbirlərdə iştirak edə bilmirəm. Ümid edirəm ki, tezliklə bu qadağa üzərimdən götürülər və mən xaricə səfərlərimi bərpa edərəm. Azərbaycandan birdəfəlik getmək planım isə yoxdur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər