Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə dünən Qobustan rayonunda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində bir qrup gənc qələm adamı ilə məhkumların görüşü, eyni zamanda maralı ədəbi məclis və kitab bayramı keçirilib.
AZXEBER.COM-un məlumatına görə, bu tədbir ilə YYSQ-nin XII Bakı Kitab Bayramı Milli Kulturoloji Müsabiqə - XII Bakı Kitab Bayramının silsilə tədbirlərinə start verilib. YYSQ-nin İllik Kulturoloji Tədbirlər silsiləsi - XII Bakı Kitab Bayramı çərçivəsində keçirilən məclisi cəzaçəkmə müəssisəsinin məsul əməkdaşı açıb.
Daha sonra məclisi aparmaq üçün söz YYSQ sədri, www.kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xana (Əbilov) verilib. Görüş-tədbirin məqsədi barədə məlumat verdikdən sonra Aydın Xan son illərdə Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ədəbi prosesi, kitab işi barədə müxtəsər məlumat verdi, məhkumların yaradıcılıq imkanlarıyla maraqlandı, onların əsərlərinin mətbuat və İnternetdə yayılmasında hər cür şərait yaradacağını söyləyib. Daha sonra çıxışçı www.kitabxana.net - Milli Virtual Kitabxana haqqında, İnternet ədəbiyyatı barədə geniş bilgilər verib və bildirib ki, kitabxana.net - Milli Virtual Kitabxananın xüsusi yeni bölümü - “Eurovision-2012” mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlət və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal - e-kitab formatında hazırlamaq..." Kulturoloji-innovativ Layihə çərçivəsində elektron nəşrlər hazırlanır və yayımlanır.
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum isə Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olduğu xüsusi vurğulanıb. Poeziya məclisi qonaqlarından Zaur Qəriboğlu, Yusif Nazim, Mübariz Cəmilbəyli, Orxan Ramazanov və başqa gənc şairlər, eləcə də bədii yaradıcılıqla məşğul olan bir çox məhkumlar öz şeirlərini oxuyub. ədəbiyyat ətrafında çıxışlar oldu, suallar cavablandırıldı...
Tədbirin sonunda qərara alınıb ki, bu qəbil mədəniyyət və ədəbiyyatla bağlı tədbirlər davamlı keçirilsin, şair-məhkumların qələm məhsulları dövri mətbuat və İnternetdə yayımlanması ilə bağlı işlər gücləndirilsin.Qeyd edək ki, sözügedən görüşdə beynəlxalq təşkilatların vicdan məhbusları kimi tanıdığı gənc fəal Bəxtiyar Hacıyev, Müsavat Partiyası Gənclər təşkilatının sədri Tural Abbaslı və onun müavini Əhəd Məmmədli, AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli də iştirak ediblər.