Azərbaycanda gənc fəala qarşı cinayət işi başlayıb.
Bu barədə APA-ya Müsbət Dəyişikliklər Hərəkatın təsisçisi Bəxtiyar Hacıyev özü məlumat verib.
B. Hacıyev qeyd edib ki, bu gün Nərimanov Rayon Polis İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda polisdə ifadə verdiyini qeyd edən B. Hacıyev özünə qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.