Bəxtiyar Hacıyevin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI

Bəxtiyar Hacıyevin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
SOSİAL
15:50 02.02.2024
358
Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report”un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham aktını elan edib.

Cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Bəxtiyar Hacıyev tamah niyyəti ilə 23 yanvar 2013-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanında kommersiya hüquqi şəxs kimi vergi ödəyicisi olaraq vergi uçotuna alınmış direktor vəzifəsinə özünün özünü təyin etdiyi "HUMAN CAPITAL CONSULTING” Məhdud Məsuliyyətli Cəmiyyətinin adından çıxış edərək "Caspian Plaza” biznes mərkəzində müqavilə olmadan icarəyə götürdüyü ofisdə xeyli miqdarda gəlirləri, işsizlikdən sığorta və məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınmaqla davamlı gəlir əldə etmək məqsədilə müqavilə bağlanılmadan, maliyyə, vergi və digər hesabatlar tərtib etməyib mühasibat uçotu və sair rəsmiləşdirmə aparılmadan vətəndaşlara ödənişli əsaslarla xarici ölkələrə turizm və işgüzar məqsədlər üçün vizaların alınması, xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinə tələbə qəbulu, dil kursları və yay məktəblərinin təşkili xidmətlərini göstərib.

2016-2018-ci illərdə özünün şəxsən nəzarət və rəhbərlik etdiyi "Premium Class Azerbaijan” dil mərkəzində əmək müqaviləsi bağlanılmadan ayrı-ayrı müddətlərdə xarici dillərin tədrisi üçün müəllimlər və ofisin fəaliyyəti ilə bağlı digər xidmətlərin yerinə yetirilməsinə işçilər cəlb edərək ödənişli əsaslarla müqavilə bağlamayaraq əcnəbi dil proqramları üzrə hazırlıq dərslərinin keçirilməsini təşkil edib.

2016-2022-ci illərdə "Caspian Plaza” biznes mərkəzində icarəyə götürdüyü ofisin otaqlarını və zalını ayrı-ayrı şəxslərə dil kurslarının, təlim, seminar və müxtəlif tədbirlərin keçirilməsi üçün aylıq və ya bir neçə saatlıq ödənişli əsaslarla müqaviləsiz subicarəyə verməklə gəlirlər əldə edib.

Bəxtiyar Hacıyev vergi qanunvericiliyinin tələblərini pozmaqla 2016-2022-ci illər üzrə mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə ümumilikdə 52 min 489 manat 44 qəpik məbləğində xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınıb.

Bundan başqa, Bəxtiyar Hacıyev tamah niyyəti ilə dövlət qeydiyyatına alınmamış "İctimai Siyasət İnstitutu” (Public Policy Institute) adlı qurumun təsisçisi və direktoru kimi özünü təqdim edib xeyli miqdarda pul vəsaitlərinin qrant layihəsi adı altında resipiyent kimi ona ayrılması barədə danışıqlar aparıb razılıq əldə etmiş, bu məqsədlə o, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən və Azərbaycan ərazisində qrant vermək hüququ əldə etməmiş "Avropa Demokratiyaya Yardım Fondu” (European Endowment for Democracy) adlı qeyri-hökumət təşkilatı ilə ümumilikdə həmin dövrün məzənnəsi ilə xeyli miqdarda 81 min 360 manat təşkil edən 45 min 528 avro pul vəsaitlərinin qrant adı ilə xarici bank hesablarına köçürülməsinə nail olub. 2022-ci ilin fevral-may aylarında Bakı şəhərində dövlət qeydiyyatına alınmamış "İctimai Siyasət İnstitutu” adlı təşkilatın "layihə meneceri” kimi çıxış edərək tədbirlər zamanı qəhvə fasiləsinin təşkilinə, kommunal və rabitə xidmətlərinə, kompüterlər, kameralar, monitor, mikrofon, yaddaş kartı və digər avadanlıqların alınmasına görə ödənişlərin edilməsinə dair məzmununa həqiqətə uyğun olmayan məlumatlar daxil edilmiş hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab edilən hesabatları qanunsuz hazırlayıb bilə-bilə həmin saxta sənədlərdən istifadə etməklə xarici donor təşkilatının təmsilçilərinə təqdim edib.
O, qanunsuz sahibkarlıq fəaliyyəti və qaçaqmalçılıq yolu ilə əldə etdiyi məzənnəyə görə xeyli miqdarda ümumilikdə 133 min 849 manat 44 qəpik məbləğində xeyli miqdarda pul vəsaitlərinin cinayət yolu ilə əldə etdiyini bilə-bilə əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə həmin vəsaitləri 2016-2022-ci illərdə Bakı şəhərində bir neçə bankda öz adına olan cari hesablarına hissə-hissə nağd şəkildə mədaxil edib. Sonradan paytaxtın Yasamal rayonu, Zərdabi küçəsi, məhəllə 3166 ünvanında inşa edilmiş 6 saylı yaşayış binasında 3 otaqdan ibarət ümumi sahəsi 124,07 kvadratmetr olan 61 saylı təmirsiz mənzilin öz adına 155 min manata alınmasına sərf edib.

Bundan başqa, Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Muradova arasında olan məhkəmə baxışının hazırlıq iclası keçirilərkən, B.Hacıyev məhkəmənin normal iş rejimini kobud surətdə pozub Ülviyyə Muradovanın və valideynlərinin ünvanına təkrarən ucadan nalayiq ifadələr işlədib. Daha sonra ona zor tətbiq etməklə və sağlamlığına zərər vurmaqla hədələyib üzərinə hücum etmiş, əlindəki yumrulanmış kağız bükülüsü ilə qəsdən başına vuraraq əli ilə qolundan tutub dartıb. Eyni zamanda, icra məmuru Orxan Abdullayevi hər iki əli ilə qəsdən sinəsindən vurub itələyərək fiziki zor tətbiq etməklə müqavimət göstərib, yumruqla qəsdən Ülviyyə Muradovanın başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə və itələyərək başını iclas zalının giriş qapısına vurmaqla onun sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirib.

Təqsirləndirilən Bəxtiyar Hacıyev ona irəli sürülən ittihamla təqsirli bilmədiyini deyib.

Məhkəmənin növbəti iclası fevralın 16-a təyin edilib.

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə), 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb
19:12 18.07.2026
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb
“Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra olunub
18:54 18.07.2026
“Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra olunub
İran "geri çəkildi": ABŞ ilə imzalanan razılaşma pozuldu
18:39 18.07.2026
İran "geri çəkildi": ABŞ ilə imzalanan razılaşma pozuldu
Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA
18:28 18.07.2026
Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA
Gəncə çayında köməksiz qalan şəxs xilas edildi
18:13 18.07.2026
Gəncə çayında köməksiz qalan şəxs xilas edildi
Bakıda azyaşlı bacı-qardaş evdən qaçdı: Valideynləri tərəfindən işgəncə görürmüşlər
17:51 18.07.2026
Bakıda azyaşlı bacı-qardaş evdən qaçdı: Valideynləri tərəfindən işgəncə görürmüşlər
Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya yola salındı
17:45 18.07.2026
Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya yola salındı
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
17:33 18.07.2026
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
İlin ən uğurlu ayı başlayır - Bu 3 bürc varlanacaq
17:16 18.07.2026
İlin ən uğurlu ayı başlayır - Bu 3 bürc varlanacaq
Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb
17:01 18.07.2026
Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib
16:54 18.07.2026
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib
KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
16:47 18.07.2026
KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
İran ABŞ-la münaqişəyə son qoyulması üzrə memorandumun icrasını dayandırıb
16:33 18.07.2026
İran ABŞ-la münaqişəyə son qoyulması üzrə memorandumun icrasını dayandırıb
Tramp onun taktikasını tənqid etdi
16:23 18.07.2026
Tramp onun taktikasını tənqid etdi
FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
16:15 18.07.2026
FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
Sabah çimərliklərdə hava necə olacaq?
16:09 18.07.2026
Sabah çimərliklərdə hava necə olacaq?