Bəxtiyar Hacıyevin ofisi yoxlanıldı, Zaur Qurbanlı saxlanıldı
Bütün Xəbərlər
15:08 29.09.2012
2153
“NİDA”-çı Zaur Qurbanlı Yasamal polisinə aparılıb"NİDA" Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Zaur Qurbanlı saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə aparılıb. Bu barədə Keçmiş vicdan məhbusu Bəxtiyar Hacıyev “Facebook” profilində paylaşdığı xəbərdə bildirib. Onun yazdığına görə, bir neçə saat öncə “Müsbət Dəyişiklik Gənclər Hərəkatı”nın ofisində yoxlanış aparılıb. Ofisdə “N!DA” vətəndaş hərəkatına məxsus çap materialları götürülüb, “N!DA”-nın idarə heyəti üzvü Zaur Qurbanlı həbs edilib. MDGH-nin materiallarına, MD ofisindən istifadə edən digər gənclər qruplarının materiallarına toxunmayıblar.