Bəxtiyar Hacıyevlə Fərid Şahbazlı arasında söz dueli böyüyür– QALMAQAL

Bəxtiyar Hacıyevlə Fərid Şahbazlı arasında söz dueli böyüyür– QALMAQAL
Bütün Xəbərlər
20:26 28.08.2012
2028

Bəxtiyar Hacıyev: ‘Fərid Şahbazlını ümumiyyətlə ciddi qəbul etmirəm’

Fərid Şahbazlı: ‘Reallıq da isə Bəxtiyar mənim polemikaya çıxmaq istədiyim ən axırıncı belə adam deyil’ Xəbər verdiyimiz kimi, ötən gün "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı özünün "Facebook" statusunda gənc fəal, Harvard məzunu Bəxtiyar Hacıyevin ünvanına "tikanlı" sözlər yazıb.

Məsələ ilə bağlı AZXEBER.COM portalı olaraq qarşı tərəfin də mövqeyini öyrəndik. Bəxtiyar Hacıyev əməkdaşımızla söhbətində ona qarşı səsləndirilən ittihamları belə qiymətləndirib: " - Mən yalnız ciddi adamların fikirlərinə münasibət bildirirəm. Fərid Şahbazlını isə, ümumiyyətlə ciddi qəbul etmirəm. Xahiş edirəm ki, onun haqqımda söylədiyi qeyri-ciddi fikirlərlə bağlı məni narahat etməyəsiniz."

Fərid Şahbazlı isə, əməkdaşımızla söhbətində Bəxtiyar Hacıyevin cavabını belə şərh edib:

“Görünür, Bəxtiyar üçün ciddilik səbəbsiz yerə vətənə xidmətdən boyun qaçırmaq, şəxsi söhbətlərdə iqtidara yaxınlaşmaq üçün elçi axtarıb ictimaiyyətə açıqlamasında özündən demokratiya fədaisi yaratmaq, “Google” da müdriklərin aforizmlərini tapıb “Facebook”da “like” yığmaq üçün istifadə etməkdir. Əlbəttə, biz bunları bacarmadığımız üçün “ciddi” adam ola bilmərik. Amma Bəxtiyar unudur ki, onun bu gün həyata keçirməyə çalışdığı ictimai fəaliyyəti mən 13-14 yaşlarımdan həyata keçirmişəm. Və o, bir həqiqəti də unutmasın ki, Azərbaycana Harvadda oxuyub Amerika üçün düşünən deyil, sıradan bir texnikumda oxuyub Azərbaycan naminə düşünən beyinlər lazımdır. Onu da qeyd edim ki, mən bu fikirləri sadəcə olaraq Bəxtiyarın əsl üzünü cəmiyyətə göstərmək üçün səsləndirdim. Reallıqda isə, o mənim polemikaya çıxmaq istədiyim ən axırıncı adam belə deyil”.

OXŞAR XƏBƏRLƏR