Bəxtsiz azərbaycanlı alimentini şalvarla ödədi

Bəxtsiz azərbaycanlı alimentini şalvarla ödədi
Bütün Xəbərlər
15:38 08.11.2013
677

Kurqan bazarında meyvə satan Azərbaycan vətəndaşı bir ildən artıqdır ki, aliment ödəmir və öz uşaqlarına təqribən 3 600 dollar pul borcu yığılıb.

AZXEBER.COM Vesti-yə istinadən xəbər verir ki, məhkəmə icraçıları onu birbaşa iş yerində axtarmaq qərarına gəliblər və məlum olub ki, borca görə onun Rusiya Federasiyasından çıxmasına qadağa qoyulub.Görülən tədbir işə yarayıb və o, bazarda digər satıcıdan borca götürdüyü cinslərlə alimenti ödəmək qərarına gəlib. Həmyerlimiz məhkəmə icraçıları kabinetinə 237 ədəd cins şalvar gətirib. Meyvə isə tez xarab olduğu üçün qəbul edilməyib.Məhkəmə icraçılarının sözlərinə görə, bəxtsiz ata bununla borcunu ödəyə bilib.

OXŞAR XƏBƏRLƏR