Şəmkirin Gülüstan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 430 kv.m olan birmərtəbəli “Bəy hamamı” istirahət kompleksində yanğın olub.AZXEBER.COM-un Fövqəladə Hallar nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, istirahət kompleksində saunanın dəhlizinin tavanı yanıb. Kompleksin qalan hissəsi yanğından mühafizə olunub.