Bəy maşının qabağını kəsmək istəyən uşaq öldü

Bəy maşının qabağını kəsmək istəyən uşaq öldü
Bütün Xəbərlər
10:30 24.08.2013
1534

Şəmkirdə bəy maşını 10 yaşlı uşağı vuraraq öldü.

AZXEBER.COM ANS-Press-ə istinadən xəbər verir ki, dünən axşam saat 18:00 radələrində Şəmkir rayonunda “Range Rover” markalı bəy maşınının 10 yaşlı uşağı vurması ölümlə nəticələnib.

Şəmkir-Çinarlı yolu ilə hərəkət edən bəy maşınının qarşısını bir dəstə uşaq el adəti üzrə qarşısını kəsməyə çalışarkən, sürücü Qarayev Pərviz avtomobili saxlamayıb keçməyə cəhd edib.

Bu zaman 10 yaşlı Rzayev Həsən Vüqar oğlu avtomobilin təkərləri altında qalıb və o, yerindəcə keçinib.

Şəmkir rayon Polis Şöbəsi baş vermiş hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR