"Bəy və gəlinin qanı təmizdirsə, onlar “Vağzalı”dan imtina etməzlər” - Əməkdar artist

"Bəy və gəlinin qanı təmizdirsə, onlar “Vağzalı”dan imtina etməzlər” - Əməkdar artist
MAQAZİN
13:22 30.04.2026
972
 
 
Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun toylarda gənclərin "Vağzalı”dan imtina etməsi ilə bağlı səsləndirdiyi fikirlər gündəm olub.

AZXEBER.COM xəbər verir ki, musiqiçi bəzi muğam ifaçılarını tənqid edərək onların hazırladıqları milli kompozisiyalarda "Vağzalı”dan istifadə olunmamasını sərt şəkildə qınayıb.

Əməkdar artist, xanəndə İlkin Əhmədov AZXEBER.COM-a açıqlamasında Hüseyn Məhəmmədoğlunun tənqidini haqlı saydığını və bu cür halların yanlış olduğunu bildirib.

""Vağzalı” bizim tariximiz, kökümüz, mədəniyyətimiz, milli musiqi irsimizdir. Onun çıxdaş olunmasını mən də doğru saymıram. Təyyar Bayramovun, Babək Niftəliyevin, Mirələm Mirələmovun hazırladıqları çıxışların içində "Vağzalı” səslənir. Heç bir azərbaycanlı şüurlu şəkildə bundan imtina edə bilməz”.

O deyib ki, "Vağzalı”dan imtina etmək olmaz: 

"Bunu edənlərə qəzəblənirəm, heyrətlənirəm. Bu halla rastlaşanda çox böyük təəssüf hissi keçirirəm. Mənə də bəzən belə bir çıxış hazırlamaq təklif olunur, amma imtina edirəm. Razıyam ki, toyum, məclisim az olsun, nəinki bizim musiqimizin yaraşığı olan, tüklərimizi biz-biz edən, qəlbimizi riqqətə gətirən, bizi kövrəldən, ağladan, duyğulandıran, bəzən də keçmişə qaytaran, gələcəyə ümid yaradan belə gözəl musiqi əsərinə etinadsız yanaşım".
 
Əməkdar artist bildirib ki, bu kimi hallara qarşı hər kəs bir olub etiraz etməldiir:

"Əminəm ki, bu hal çox davam etməyəcək. "Vağzalı” bizim toylarımızın himnidir. Bunu hər zaman demişəm və sözümün üstündə dururam. Əgər bəy və gəlinin qanı, geni təmizdirsə, onlar "Vağzalı”nı seçəcəklər. Bu da onlara böyük məsuliyyət hissi verəcək.

Bu məsələyə təkcə sənətkarlar yox, toy sahibləri, ağbirçəklər, ağsaqqallar da reaksiya verməlidir. Müasirləşmək o demək deyil ki, "Vağzalı”nı unudaq. Sonra da kimsə gəlib desin ki, o da bizimdir. Buna yol vermək olmaz!”.
 
Aysel Hacızadə
 
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
08:03 30.10.2026
Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
08:00 30.10.2026
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
07:58 30.10.2026
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib
07:56 30.10.2026
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
07:50 30.10.2026
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
07:40 30.10.2026
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi - Böyük müharibə hazırlığıdır?
07:33 30.10.2026
ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi - Böyük müharibə hazırlığıdır?
Altı yaşlı uşaq lotereyada bahalı avtomobil qazandı
07:23 30.10.2026
Altı yaşlı uşaq lotereyada bahalı avtomobil qazandı
Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı
07:20 30.10.2026
Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
07:17 30.10.2026
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
07:08 30.10.2026
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
06:50 30.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
Bu kənddə qadınlar 100 il yaşayırlar
06:38 30.10.2026
Bu kənddə qadınlar 100 il yaşayırlar
WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb
06:20 30.10.2026
WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb
Qətər İranla ABŞ-a yeni təkliflər planı verdi
06:10 30.10.2026
Qətər İranla ABŞ-a yeni təkliflər planı verdi
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
05:50 30.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb