Azərbaycanda bəylə gəlin toy günü Şəhidlər Xiyabanını ziyarət edib.
AZXEBER.COM xəbər verir ki, toyun səbəbkarı Barış Cavid sosial şəbəkədə həyat yoldaşı ilə Şəhidlər Xiyabanınada çəkilmiş fotosunu paylaşıb. O bildirib ki, gənclər adətən şəhərin ən gözəl yerlərində fotolar çəkirlər:
"Bizim isə toydan qabaq ilk ziyarət edəcəyimiz yer məmləkətimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizdir. Onların ruhundan xeyir-dua almaq istədik".
Sosial şəbəkə istifadəçilərinin marağına səbəb olan həmin fotonu təqdim edirik:

