Beyləqana 2 milyon manat ayrıldı

Beyləqana 2 milyon manat ayrıldı
Bütün Xəbərlər
20:43 01.11.2012
839
Azərbaycan prezidenti İlham Əliyev Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AZXEBER/COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Beyləqan Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
OXŞAR XƏBƏRLƏR