Beyləqanda 2 avtomobil toqquşdu - Ölən və yaralananlar var

Beyləqanda 2 avtomobil toqquşdu - Ölən və yaralananlar var
Bütün Xəbərlər
13:35 22.10.2014
753
Beyləqanda ağır yol qəzası baş verib.
AZXEBER.COM- un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 21-də saat 18 radələrində Beyləqan rayonunun Bünyadlı kəndində qeydə alınıb. Cəbrayıl rayon sakini Eldəniz Tumasquliyevin və Şərq qəsəbə sakini İlkin Məsimovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. 
E.Tumasquliyevin sərnişini - Füzuli rayon sakini Arzuman Xankişiyev və İ.Məsimovun sərnişini - İmişli rayon sakini Alim Tağıyev hadisə yerində ölüb. Hər iki sürücü və E.Tumasquliyevin digər sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR