Beyləqanda qəza nəticəsində suya düşən avtomobilin sürücüsünün meyiti tapılıb.
AZXEBER.COM bizim.media-ya istinadən xəbər verir ki, Sahil Təbriz oğlu Ağayevin meyiti Yuxarı Qarabağ kanalının rayonun Daşburun qəsəbəsi ərazisindən keçən hissəsində tapılıb.
Meyitin müayinə olunması üçün aidiyyəti üzrə təhvil verildiyi bildirilib.