Bu gecə 01.00 radələrində Beyləqan şəhərinin Heydər Əliyev prospektindəki “Ülvi Petrol” yanacaqdoldurma məntəqəsinin yanında yerləşən mağazaya ildırım düşüb. ANS-in bölgə müxbirinin məlumatına görə, ildırım mağazanın damını deşib və şüşələrini sındırıb.