Beyləqanda yol qəzasında 31 yaşlı qadın ağır xəsarət alıb

Beyləqanda yol qəzasında 31 yaşlı qadın ağır xəsarət alıb
SOSİAL
23:39 29.08.2021
317
Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Abbasova Arzu Füzuli qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və hər iki qolun sınığı diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR