SAKİNLƏR BEYLƏQAN RAYON PAYLAYICI ELEKTİRİK ŞƏBƏKƏSİNİN MÜDİR MÜAVİNİN ONLARDAN ƏLAVƏ PUL YIĞDIĞINI İDDİA EDİRLƏRBeyləqan rayon Elektrik Şəbəkəsinin müdir müavini Məhərrəm Mərdanov abonentlərdən əlavə pul yığır. Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir.Məlumatda bildirilir ki, Beyləqan rayon paylayıcı elektirik şəbəkəsinin müdir müavini Məhərrəm Sərdarov qanusuz olaraq Beyləqan rayon Mil qəsəbəsində 250 kv-lıq su nasosu qoyub və nasosla əkin sahələrinə su vuraraq pul qazanır. Lakin Sərdarov 250 kv-lıq su nasosu sayğaca qoşmayıb. yığılan puları mənimsəyən müdir müavini həmin nasosun sərf etdiyielektrik pulunu kənd camaatının üzərinə yazır və bu pulu verməyənləri işığını kəsməklə hədələyir.Qeyd olunur ki, Məhərrəm Sərdarov özünə yaxın olan Hüseyinov Əlamdar vasitəsi ilə qeyri qanuni şəkildə Əmirzeyidli kəndində işiq puların yığdırır və həmin pulları mənimsəyir. Həmin kənddə bir çox evlərdə sayğac quraşdırmayan müdir müavini kəndin yarısından topladığı pulları mənimsəyir.Xatırladaq ki, bir ay öncə Beyləqan rayon Elektrik Şəbəkəsinin işçisi intihar etmişdi. Mərhum yazdığı məktubda Beyləqan rayon Elektrik Şəbəkəsinin rəhbərliyini öz ölümündə təqsirkar bilmişdi və ölüm səbəbinin Beyləqan rayon Elektrik Şəbəkəsinin rəhbərliyi tərəfindən 5000 manat pulunun alınmasını və geri qaytarılmamasını göstərmişdi.