Beynəlxalq Diaspor Mərkəzi Qənirə Paşayevanın müdafiəsinə qalxdı

Bütün Xəbərlər
21:13 22.01.2011
2069

Təəssüflər olsun ki, adları çəkilən həmin şəxslərin bir çoxu milliliyi ilə seçilən Azərbaycanın dəyərli insanlarıdır. Bu mənada millət vəkili Qənirə Paşayeva özünün bütün fəaliyyətində həm Azərbaycanın milli dövlətçilik maraqlarına xidmət edən, həm də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafı üçün çalışan xanım siyasətçidir. Türk olduğuna heç bir şübhə olmayan və bütün fəaliyyətində türkçülük dəyərlərini ön planda tutan millət vəkili Qənirə Paşayeva haqqında yaraşmaz və məsuliyyətsiz məlumatların yayılmasını şiddətlə qınayırıq. Beynəlxalq Diaspor Mərkəzi (BDM) olaraq millət vəkili Q. Paşayevanın Azərbaycan diasporunun inkişafında, o cümlədən Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında göstərdiyi xidmətləri yüksək qiymətləndiririk.

Millət vəkili Q. Paşayevanın PKK-ya qarşı münasibəti hər zaman bir mənalı olmuş və terror təşkilatı kimi onun fəaliyyətini pisləmişdir. Eyni soyadı daşıyan bir tələbə gəncin Əminə Aynanın oğlu olduğunu iddia etmək və bu əsasda yalan məlumat yaymaq xanım Millət vəkilinə qarşı məqsədli şəkildə atılmış bir təxribat kimi qiymətləndirilməlidir. Bütün bunları qeyd edərək BDM bəyan edir ki, millət vəkili haqqında yayılmış yalan məlumatın sifarişçilərinin araşdırılıb qanun çərçivəsində cəzalandırılmasını həmçinin Azərbaycan və Türkiyə ictimaiyyətindən üzr istənilməsini tələb edirik”.

 

// merkez

 

OXŞAR XƏBƏRLƏR