Qəddafi çevrilişləri yatırmaq üçün aksiya iştirakçılarına qarşı amansız tədbirlərdən istifadə etdiyindən aksiyaçılar xilas olmaq üçün dəfələrlə beynəlxalq təşkilatlardan kömək istəyiblər. Analoji hadisə Bəhreyndə də baş verir. Aksiyalar amansızcasına yatırılır və orada da aksiya iştirakçıları beynəlxalq qurumlardan imdad diləyirlər. Düzdür, qurumlar qərar verməkdə çətinlik çəksələrdə, geciksələrdə öz kömək əllərini son anda uzadırlar.
Qeyd edək ki, Liviyada aksiya iştirakçıları artıq bir neçə həftə idi ki, kömək istəyirdilər. Lakin bu hadisələrdən deyil, daha çox ATƏT-in fəaliyyəti və onun Minsk qrupunun dünən verdiyi bəyanatdan dayanmaq istərdim. Demək, ayın 17-si ATƏT-in saytında təşkilatın Minsk qrupunun həmsədrləri bəyənat vermişdilər. Bəyanatda deyilirdi ki, Soçi görüşündə münaqişənin həlli prosesinə verdiyi müsbət impulsdan istifadə etmək lazımdır. Həmçinin son zamanlar atəşkəs rejiminin pozulması ilə əlaqədar son təkilflərindən olan, snayperlərin təmas xəttindən uzaqlaşdırmasını fikirlərini səsləndiriblər və bu təkliflərin hələ də yerinə yetirilməməsindən təəssüfləndiklərini bildiriblər. Münaqişə tərəflərini bu təklifi yerinə yetirməyə çağırıblar, bununla da günahsız insanların həyatını xilas edilmiş hesab edirlər. Məhz bu bəyanatda da inamı itirən bir sıra məqamlar var. Snayperlərin təmas xəttindən uzaqlaşdırılması təklifi yenidən gündəmə gəlmə səbəbi, mart ayının 8-də Ağdam rayonunun Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlov erməni snayperinin gülləsindən vəfat etməsi olmuşdur. Maraqlıdır, bunu bilə-bilə, eşidə-eşidə niyə bu faktlar bəyanatda yer almayıb. Əvəzinə isə üstü örtülü təklif irəli sürülüb. ATƏT münaqişənin həlli ilə 20 ildən çoxdur ki, məşğul olur. Bu müddət ərzində heç bir konkret irəliləyiş olmayıb. Düzdür daha çox günah burada Ermənistanın payına düşür. Hər dəfə münaqişənin həllində bir müsbət vəziyyət yaranan kimi, dərhal danışıqları pozmaq üçün əlindən gələni edir. Ermənistan aydın məsələdir ki, işğalçı, düşmən ölkədir və ondan belə addımları gözləmək olar. Lakin ATƏT kimi beynəlxalq təşkilatın, özü də münaqişə tərəfləri arasında baş verən bu cür hadisələrə göz yumması artıq təşkilatın səviyyəsini xeyli dərəcədə aşağı salır. Beləliklə, gələcəkdə bu təşkilata inamsızlığın daha da artacağı halda təəcüblənməyə heç bir əsas ola bilməz.
Buna baxmayaraq, dünən verilən bəyanatda həmçinin qeyd olunmuşdur ki, martın 23-də Vyanada mətbuat konfransı keçiriləcəkdir və o vaxta qədər heç bir kütləvi şərh verilməyəcək. Demək həmsədrlərin, bir neçə gün sonra keçirələcək mətbuat konfransında az da olsa inamı artırmaq şansları var hələki. Bizə isə yalnız gözləmək qalır.
İlkin ZEYNALOV