Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycan şagirdlərinin növbəti uğuru

Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycan şagirdlərinin növbəti uğuru
SOSİAL
10:46 18.05.2026
208
Dünyanın ən nüfuzlu elm və mühəndislik müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil edən şagirdlər yüksək nailiyyət əldə ediblər.
 
AZXEBER.COM xəbər verir ki, Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Banu İbrahimova və 9-cu sinif şagirdi Mikayıl Əhmədbəyli müsabiqədə bürünc medal qazanıblar.

Eyni zamanda, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Ömər Abdullayev və Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Səlman Sadıxzadə xüsusi mükafata layiq görülüblər.

Qeyd edək ki, beynəlxalq müsabiqə 9-15 may tarixlərində Amerika Birləşmiş Ştatlarının Arizona ştatının Feniks şəhərində keçirilib.

Şagirdlərimizi, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.
OXŞAR XƏBƏRLƏR